Ruhaninin mühafizəkar rəqibi üçün


Digərləri 09 Mar 2019 23:15:00 323 0

Ruhaninin mühafizəkar rəqibi üçün

10 il İran İslam Respublikasının ən vacib və repressiv təşkilatlarından birinin rəhbəri olduqdan sonra Ayətullah Sadiq Laricani məhkəmə hakimyyəti başçısı vəzifəsindən istefa verəcək və onu İbrahim Rəisi əvəzləyəcək.

Laricani Nəzarətçilər Şurası, habelə parlament və icra strukturları arasındakı mübahisələri çözən Məsləhət Şurasının üzvü olacaq. Rəisi isə islahatçı qanadın zəiflədiyi bir dövrdə rəhbərliyə yiyələnəcək.

Son.az strateq.az-a istinadən bildirir ki, məhkəmə hakimiyyətinin sözçüsü Qulamhüseyn Möhseni Ejei, Rəisinin təyinatını martın 3-də təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Rəisinin Ali Rəhbər Ayətullah Əli Xamnəi tərəfindən təyin olunduğu təsdiqləndikdən sonra parlamentin məhkəmə komissiyasının üzvü Yəhya Kamalipur onun martın 8-də rəhbərlik postunu tutacağını deyib.

İbrahim Rəisi ilk dəfə 2016-cı ildə milli səhnəyə çıxıb. Xamnəi onu İranın ən zəngin ianə qaynaqlarından biri olan Astan-e Qüds-e Rəzəvinin (İmam Rza (ə.) hərəmi) xidmətçisi təyin edib.

Əvvəlki xidmətçi Ayətullah Abbas Vaiz Təbəsi 1979-cu ilin İslam inqilabından ta 2016-ci ildə vəfatına qədər həmin vəzifəni tutub.

Astan-e Qüds-e Rəzəvinin xidmətçisi təyin olunmasından az sonra Rəisi 2017-ci ilin prezident seçkisində ikinci dövr uğrunda mübarizə aparan Həsən Ruhani ilə qarşılaşmağa qərar verib. Rəisi mühafizəkar mediadan "yaşıl işıq" alıb, bəziləri hətta onu hüccətül-İslamdan daha üst olan səviyyədə, yəni ayətullah kimi təqdim ediblər.

Mühafizəkar namizəd xarizmaya malik olmadığı halda, hətta döymələri ilə məşhur iranlı reper Əmir Tattalunun dəstək alma kimi siyasi səhvlərə yol versə də, Ruhaninin 23,6 milyona yaxın səsi ilə müqayisədə 16 milyon səs toplayıb.

Rəisinin keçmişinə aid bir hadisə 2016-cı ildə faş olub. Mərhum Ayətullah Hüseyn Əli Müntəzirinin oğlu Əhməd Müntəziri 1988-ci ildə məhbusların kütləvi şəkildə edam edilməsi ilə əlaqədar bir audio fayl yayıb.

1988-ci ildə baş prokuror müavini olmuş Rəisi o zamankı Ali Rəhbər Ayətullah Ruhullah Xomeyni tərəfindən icra etdirilən əmrləri yerinə yetirmiş məsul şəxslərdən biri kimi qələmə verilib.