Tiflis sarayındakı intriqa vaxtı verilən bəyanatlar nəyə hesablanıb?


Digərləri 09 Mar 2019 22:45:00 241 0

Tiflis sarayındakı intriqa vaxtı verilən bəyanatlar nəyə hesablanıb?

Moskva Tiflisə münasibətdə ritorikanı dəyişib: eyhamlardan hədələrə keçib. Əlverişli andır: İvanişvilinin partiyasında parçalanma var, Saakaşvili isə "inqilab" hazırlayır. Lavrovun müavini və Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Gürcüstan haqda dalbadal iki sərt bəyanat veriblər.

Necəsə belə olub ki - bilərəkdən, ya deyil - Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və RF müdafiə idarəsnin başçısı Sergey Şoyqu Gürcüstan haqda, demək olar, eyni vaxtda bəyanat veriblər. Bu, Tiflisdə təhdid kimi qəbul edilib, çünki başqa cür dəyərləndirmək çətindir. Birbaşa deyilsə, Moskva qonşu ölkəyə qarşı təşkil edə biləcəyi hansısa "pisliklər" haqda eyhamlardan birbaşa hədəyə keçib.

Son.az strateq.az-a istinadən bildirir ki, özəlliklə Gürcüstan baş nazirinin RF ilə münasibətləri tənzimləmək üzrə özəl təmsilçisi Zurab Abaşidze ilə Praqada müntəzəm görüşən Karasin Azadlıq Radiosuna müsahibədə "gürcü tərəfdaşları xoşagəlməz gözlənilməzliklərdən" xəbərdar edib.

Yada salaq ki, nazir müavini hələ bu yaxınlarda Gürcüstana "yerini müəyyən etməyi" təklif edib: ya "Cənubi Qafqazda əlverişli bölgəsəl atmosfer yaratmağı, ya da Avroatlantik gündəliyi seçmək". Onun fikrincə, bunların sinxronlaşması isə "ciddi nəticələr törədə bilər".

TAAS-ın məlumatına görə, Şoyqu isə başçılıq etdiyi hərbi idarənin kollegiya toplantısında "NATO-ya daxil olmayan Ukrayna və Gürcüstanın iştiraka getdikcə daha fəalcasına cəlb edildiyi" təlimlərin miqyas və intensivliyinin iki dəfədən çox artdığını bildirib.

Müdafiə Nazirliyi başçısının vurğuladığına görə, Rusiya NATO-nun fəallığı şəraitində "strateji qabaqlama tədbirlərini birləşmələrin və hərbi hissələrin döyüş imkanlarıyla birləşdirməklə uyğun reaksiya verməyə məcburdur".

Doğrusu, Rusiya naziri Rusiyanın "uyğun cavab" verdiyi 2008-ci il avqust hadisələrinin bəzi variasiyalarla təkrarlanmasınamı eyham vurur? Əslində, Rusiyanı bu dəfə nə gərginləşdirib? Çox güman ki, yazda Gürcüstanda gözlənən Gürcüstan-NATO komanda-qərargah təlimləri (amma axı bu, hər il olur, buna alışmağımızın vaxtı deyilmi?). Ya da Şimali Atlantika alyansı Hərbi Komitəsinin Gürcüstana qarşıdakı səfəri (tarixi hələlik qeyri-müəyyəndir). Orada isə bir də gördün ki, Tiflisin susmaq əvəzinə, təntənəli şəkildə bölgə miqyasında "misli görünməmiş" kimi anons etdiyi yeni "Çevik ruh" təlimləri keçirilir. Burada sual meydana çıxır - bəs niyə "bölgə miqyasında"? Gürcüstan Rusiyanın Cənubi Qafqazdakı "müttəfiqi"ni - Ermənistanı və hələlik uzaqgörənliklə bloklardan kənar Azərbaycanı NATO ilə yaxın münasibətlərəmi təhrik edir?

Deməli, Rusiya artıq iki "tikə"nin - "dadlı" Abxaziyanın və lap şirin Cənubi Osetiyanın (CO) qoparıldığı qonşu Gürcüstanı gerçəkdən nə ilə hədələyir? Amma burası da var ki, hər ikisi RF və NATO infrastrukturunun yerləşə biləcəyi dövlət arasında bufer zonası funksiyasını yerinə yetirir. Gürcüstanı ortamüddətli perspektivdə alyansa qəbul etməyəcəkləri gün kimi aydındır. Amma təlimlər, Amerika hərbi texnikası, tam anlaşılmayan fəaliyyətlə ABŞ laboratoriyası, Gürcüstanın NATO-ya girmək cəhdlərinin özü, Moskva ilə diplomatik münasibətləri bərpa etmək istəksizliyi və s. artıq Rusiyanı gərginləşdirir və Sakartvelonu (gürcülər öz ölkələrini belə adlandırırlar-red.) onun üçün təhlükəli ölkə edir. Yavaş-yavaş bütün Cənubi Qafqaza yayıla biləcək itaətsizlik və Rusiya təsirinin itməsi - bax, önəmlisi budur. Bu, Rusiya tərəfinin prinsip və iddiaları məsələsidir.

Bununla yanaşı, Gürcüstanı rusxoflu ölkə kimi qavramaq son dərəcə yanlışdır - sadəcə, hələ sonarkı SSRİ-nin və yerli siyasətçilərin yetərincə bacarıqsızlıqla oynamağa başladıqları siyasi oyunlar "sayəsində" yaxası ələ keçib və nəticədə Tiflisin bütün "bədən hərəkətləri"ni artıq Vaşinqtonun diktə etdiyi dar dalana qədər oynayıblar. Bununla belə, hər halda praktikada ehtiyat edən Gürcüstanın Moskva üçün xoşagəlməz ritorikasna baxmayaraq, siyasi "pa"ların hamısı yerinə yetirilmir: açıq antirusiya trendi ölkəyə böyük bəlalar haylayar. Ümumiyyətlə, Gürcüstan rusxoflu olmadı, russevməz də. Amma hər iki güc mərkəzi - Moskva və Vaşinqton ondan birmənalı seçim tələb edir.

Bununla belə, hadisələr necə dönüşür-dönüşsün, onların heç biri Gürcüstanın qorunması üçün sinəsini qabağa verməyəcək.