Dünya iqtisadiyyatı üçün 10 risk açıqlanıb


Digərləri 09 Mar 2019 22:35:00 310 0

Dünya iqtisadiyyatı üçün 10 risk açıqlanıb

Böyük Britaniyanın "The Economist" jurnalı dünya iqtisadiyyatı üçün 10 riski açıqlayıb.

Jurnalın mütəxəssisləri hesab edir ki, dünya iqtisadiyyatının perspektivləri pisləşir. 2019-cu ildə qlobal iqtisadi artım 2018-ci illə müqayisədə 1 faiz bəndi az - 2,8% təşkil edəcək. 2020-ci ildə isə bu rəqəm 2,6%-ə düşəcək.

Son.az marja.az-a istinadən bildirir ki, bu il dünyada iqtisadi inkişafa mane ola biləcək ən ciddi təhlükə kimi ticarət müharibələri göstərilib. Növbəti yerlərdə ABŞ iqtisadiyyatındakı tənəzzül və inkişaf etməkdə olan ölkələrin bazarlarındakı genişmiqyaslı böhran qərarlaşıb. Dünya iqtisadiyyatına zərbə vuracaq riskləri arasında Çində başlaya biləcək iqtisadi böhran da var.