“Xoşbəxt olan milyarder görmədim”


Digərləri 09 Mar 2019 22:40:00 226 0

“Xoşbəxt olan milyarder görmədim”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev heç vaxt xoşbəxt milyarderlərlə rastlaşmadığını deyib və gənclərə sadə işlərdən utanmamağı tövsiyə edib.   Son.az fed.az-a istinadən bildirir ki, "Qazaxıstanın 100 yeni siması" layihəsi çərçivəsində mərasimə qatılan N. Nazarbayev insanların imkanlarının sərhədsiz olduğunu deyib:   "Mən hər zaman gənclərə deyirəm: evləri təmizləmək ayıb deyil, düzdür? Ayıb odur ki, işsiz, bədbəxt olasan. Ayıb odur ki, qadınlar bədənlərini satır. Asanlıqla əldə olunmuş uğur xoşbəxtlik deyil. Zəngin valideynlərinizdən sizə miras qala bilər. Ancaq bununla gələcəyiniz olmayacaq. Təcrübəli biri kimi deyirəm: 10-20 milyardı olan xoşbəxt milyarder görmədim. Sizə intihar edən, həbsxanalara düşən milyarderlərin siyahısını təqdim edə bilərəm. Belə şeylər xaricdən xoşbəxtlik kimi görünə bilər. Ancaq əsl xoşbəxtlik əziyyətlə qazanılandır". Son.az