ABŞda rekord xarici ticarət kəsiri


Dünya 09 Mar 2019 22:25:00 204 0

ABŞda rekord xarici ticarət kəsiri

ABŞ-da xarici ticarət kəsiri ötən il Prezident Donald Trampın kəsiri bağlamaq səylərinə baxmayaraq, 10 ilin ən yüksək səviyyəsinə qalxıb.

Son.az marja.az-a istinadən bildirir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, 2018-ci ildə xarici ticarət kəsiri 621 milyard dollar olub. Bu, 2008-ci ildən bəri ən yüksək səviyyədir. Xarici ticarət kəsiri Dekabrda da 19% artımla 59.8 milyard dollar təşkil edib və proqnozları aşıb. Bu rəqəm də 10 ilin rekordudur. Proqnoz - 57.9 milyard dollar idi. Dekabr ayında ixrac əvvəlki aya nisbətən 1.9% düşərək 205.1 milyard dollara enib. Bu, 2016-dan bəri ən böyük azalma kimi qeydə alınıb.

İdxal bu dövrdə 2.1% artımla 264.9 milyard dollara yüksəlib. Bütün il ərzində ABŞ-ın ixracı 6.3% artımla 2.5 trilyon dollar, idxalı da 7.5% artaraq 3.12 trilyon dollar təşkil edib.