Dieselin Amerikan bölməsi müflis oldu:


Digərləri 09 Mar 2019 21:10:00 195 0

Dieselin Amerikan bölməsi müflis oldu:

İtaliyanın geyim və aksessuar istehsalçısı Denim Dieselin Amerikan bölməsi müflislik haqqında bəyanatı məhkəməyə təqdim edib. Kompaniyanın zərər etməsi, onların belə bir addım atmasına səbəb olub. Belə ki, şirkətin illik satışları aşağı enib, eyni zamanda son 3 ildə zərərin miqdarı artıb.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə "Reuters" nəşri yazıb.

"Diesel USA" aktivlərinin dəyərini 100 milyon, borclarını isə 50 milyon dollar qiymətləndirib. Nəşr yazır ki, bununla belə şirkət bu ölkədəki fəaliyyətini dayandırmağa hazırlaşmır. Amma 3 illik plana, əsasən kompaniya daha gəlirli mağazalara fokuslanmağı və təklif olunan mallar xəttini genişləndirməyi nəzərdə tutub.