Zukerberq istifadəçilərin məlumatlarını saxlamayacağına


Digərləri 09 Mar 2019 21:20:00 171 0

Zukerberq istifadəçilərin məlumatlarını saxlamayacağına

"Facebook"-un rəhbəri Mark Zukerberq şirkətinin gələcəyini necə gördüyü barədə öz rəsmi bloqunda verdiyi açıqlamada paylaşıb. Zukerberqin sözlərinə görə, "Facebook" qərara gəlib ki, özəl həyatın toxunulmazlığı və söz azadlığının pozulduğu ölkələrdə məlumat emalı mərkəzləri tikməsin və istifadəçilərə dair məlumatları saxlamasın.

Son.az insider.az-a istinadən bildirir ki, Zukerberq bu qərarın "Facebook" xidmətlərinin bəzi ölkələrdə bloklanmasına gətirib çıxaracağını bildirir.

"Facebook" rəhbəri söyləyir ki, məlumatların ən yaxşı mühafizə üsulu onların saxlanılmamasıdır. "WhatsApp" artıq çoxdan şifrələmə açarlarını saxlamır və "Facebook"-un digər xidmətləri gələcəkdə sırf belə modelə keçəcək.