ABŞın xam neft ehtiyatları artıb


Dünya 09 Mar 2019 20:20:00 212 0

ABŞın xam neft ehtiyatları artıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 7,1 milyon barel (1,6 faiz) artımla 452,9 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 8,6 milyon barrel azalma qeyd etmişdi.

Son.az marja.az-a istinadən bildirir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barrel səviyyəsində sabit qalıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 4,2 milyon barrel (1,7 faiz) azalma ilə 250,7 milyon barrelə enib. Bazar gözləntisi ehtiyatların 2,1 milyon barrel azalması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,9 milyon azalmışdı.

NEFT HASİLATI AZALIB

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,08 milyon barel artımla 7 milyon barelə qalxıb, neft ixracı isə gündəlik orta hesabla 556 min barrel azalma ilə 2,8 milyon barrelə enib.