“Telekom Volt”un bəzi iştirakçılarının adları açıqlanıb


Digərləri 09 Mar 2019 19:53:00 194 0

“Telekom Volt”un bəzi iştirakçılarının adları açıqlanıb

İyunun 26-29-da Macarıstanın Şopron şəhərində "Telekom Volt" Beynəlxalq Rok Festivalı keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, festivalın iştirakçılarının son tərkibi artıq müəyyən edilmək üzrədir. Bu il Şopronda çıxış edənlər arasında adlı-sanlı ifaçıların sayı az olmayacaq.

"Volt"un açılış günü əsl rok-festival olmağı vəd edir. Həmin gün "Cypress Hill", "Papa Roach", "Amaranthe", habelə artıq anonsu verilmiş "Slipknot" kimi qruplar çıxış edəcəklər. Əfsanəvi "Black Eyed Peas" hip-hop qrupu öz yeni albomunu təqdim etmək və ən məşhur mahnılarını oxumaq üçün səhnəyə çıxacaq.