Rusiyanın Ermənistandakı səfiri rus əsgərinin yaralanmasına münasibət bildirib


Dünya 09 Mar 2019 19:56:00 217 0

Rusiyanın Ermənistandakı səfiri rus əsgərinin yaralanmasına münasibət bildirib

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında qulluq edən Şimali Qafqaz mənşəli 22 yaşlı əsgər bir kafedə ermənilərlə mübahisə zəminində iti alətlə kürəyindən vurulub və xəstəxanaya aparılıb. Hazırda onun hərbi bazanın hospitalında müalicə olunduğu bildirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin insidentə münasibət bildirərək deyib: "Bu, istintaqın işidir, biz isə bu faciəli hadisə ilə bağlı təhqiqatın obyektiv və hərtərəfli aparılacağına ümid edirik". Rusiyalı diplomat əlavə edib ki, ermənilərin əsas hissəsi rus hərbçilərinə müsbət münasibət göstərir, burada hərbi bazanın yerləşməsi isə bu ölkənin təhlükəsizliyi üçün mühümdür. Bununla yanaşı, Kopırkin Ermənistanda rus hərbi bazasının yerləşməsinin əleyhinə olanların da mövcudluğunu qeyd edib. "Belə adamlara rast gəlinir və onlar Ermənistanın hüdudlarından kənarda da var", -deyə diplomat qeyd edib. Səfirin sözlərinə görə, ruslar və ermənilər arasında meydana çıxan problemlər həllini tapır.