Danimarka sahillərində 11 yeni ada əmələ gəlib


Digərləri 09 Mar 2019 19:57:00 226 0

Danimarka sahillərində 11 yeni ada əmələ gəlib

2015-ci ildən 2018-ci ilədək olan dövrdə Baltik dənizinin Danimarka sahillərində 11 yeni ada əmələ gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Ərzaq Məsələləri Nazirliyinin məlumatında deyilir.

"Təbiət Məsələləri İdarəsi tərəfindən ümumilikdə Danimarka Krallığında 2015-ci ildən 2018-ci ilədək 11 ada qeydiyyata alınıb", - deyə məlumatda bildirilir. Mön adasından şimala bir neçə ada əmələ gəlib. Yutlandiyanın qərbində, Nissum fiordu (qayalıq dəniz körfəzi) rayonunda isə 5 adayabənzər kiçikölçülü yenitörəmə yaranıb.