İran: evlilik təklifindən sonra cütlük saxlanılıb


Digərləri 09 Mar 2019 19:38:00 222 0

İran: evlilik təklifindən sonra cütlük saxlanılıb

İranın şimal qərbindəki Arak şəhərinin ticarət mərkəzində nikah təklifindən sonra gənc cütlük saxlanılıb.

Həmin anlar sosial mediada yayılan videoda əks olunur.

Görüntüdə təklifə "Bəli" cavabından sonra gənclər qucaqlaşır.

Ətrafda olan insanlar cütlüyün ailə qurmaq qərarını alqışla qarşılayır.

Bu video yayılandan sonra sosial şəbəkələrdə "İslam dəyərlərinə zidd evlilik təklifi" ilə bağlı tənqidlər səslənməyə başlayıb.