Bir çox xəstəliklərin dərmanı


Digərləri 09 Mar 2019 19:22:00 190 0

Bir çox xəstəliklərin dərmanı

Yem bitkisi olan yonca fitoterapiya sahəsində də geniş istifadə edilir. O müalicəvi təsirlərə malikdir və bir sıra xəstəliklərdə tətbiq edilir.   Son.az medicina.az-a istinadən bildirir ki, bu bitki görmə pozuntusu zamanı, qulaqda küy olduqda, nevroz, depressiya, baş ağrısı, əhval-ruhiyyə aşağı olduqda tətbiq edilir.   Müalicə məqsədilə yoncanın qurusu, şirəsi, dəmləməsi istifadə edilir.

Onu aşağıdakı üsulla hazırlayırlar: yoncanı blenderdə xırdalayın və suyunu sıxaraq çıxarın. Daha sonra hər 1 stəkan suya  5 ç/q olmaqla şir qarışdıraraq 10 dəqiqə saxlayın. Daha sonra 2-3 qat tənzifdən süzün.

Müalicə kursu 2 aydan artıq davam etməməlidir.

Yonca şirəsi soyuqdəymə, hərarət, öskürək zamanı və nəfəs yollarının təmizlənməsi üçün istifadə edilir. Bronxit, traxeit, pnevmaniya zamanı bu şirədən gün ərzində 7 x/q içmək tələb olunur.   Ateroskleroz zamanı bu mayedən hər gün 1-2 x/q olmaqla 60 gün qəbul etmək lazımdır.

Yonca şirəsi qadınlar üçün daha faydalı hesab edilir. O, əsasən də mensturasiya ağrılarında, uşaqlıq qanaxmaları, anemiya və klimaks zamanı da yaxşı təsir göstərir.