“Google” qadınları izləyən tətbiqi silməkdən imtina etdi


Digərləri 09 Mar 2019 19:20:00 208 0

“Google” qadınları izləyən tətbiqi silməkdən imtina etdi

"Google" Səudiyyə Ərəbistanında qadınların izlənməsini və onlara kişilər tərəfindən nəzarət etməyə imkan verən mübahisəli tətbiqi silməkdən imtina etdi.

Son.az insider.az-a istinadən bildirir ki, diqqət altında olan "Absher" tətbiqi kişilərə qadınların səyahət etməsinə icazə verib-verməməsini təmin edir, üstəlik, qadınların pasportdan istifadəsi zamanı kişilərə bu barədə sms-bildiriş göndərir.

Xatırladaq ki, "Apple" və "Google" ötən ay bu tətbiqlə bağlı tənqidlə üzləşib. ABŞ Konqresinin 14 üzvü "Apple"-ın baş direktoru Tim Kuka və "Google"-un baş direktoru Sundar Piçaiyə tətbiqin hostinqini durdurmaqları tələbi ilə məktub ünvanlamışdı. Onlar texnoloji giqantları "Səudiyyə Ərəbistanlı qadınlarının əsarətində əlbir" adlandıraraq, şirkətləri cinsi diskriminasiyaya, qadın haqlarının pozulmasına yol verməkdə ittiham ediblər.