Poroşenko ölkədən qaçmağa hazırlaşır


Dünya 09 Mar 2019 18:34:30 227 0

Poroşenko ölkədən qaçmağa hazırlaşır

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır.

Son.az bildirir ki, musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimri Lanovoy məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı gəlirlərini artımaq üçün "müharibəni uzatmaqla" məşğuldur. Bu il isə o, keçən illə müqayisədə gəlir bəyannaməsini 82 dəfə artıq göstərib.

V.Lanovoy son günlərdə Rusiyadan köhnə hərbi texnika alınaraq Ukrayna ordusuna satılması ilə bağlı yaranan qalmaqalla gündəmə gələn "Leninskaya kuznitsa" adlı zavodu satmaq istədiyini bildirib.

"Bütün bunlar Poytr Poroşenkonun vəziyyətin ümidsizliyini dərk edərək ölkədən qaçmaq niyyətini nümayiş etdirir", - keçmiş nazir fikrini söyləyib.

Bu yaxınlarda isə Pyotr Poroşenkonun atdığı yeni addım xüsusi marağa səbəb olub. Belə ki, dövlət başçısı sələfi Viktor Yanukoviçin 2014-cü ildə səlahiyyətlərindən məhrum edilməsini Konstitusiya Məhkəməsində mübahisələndirib.