Çaylarda suyun səviyyəsi azaldı


Digərləri 09 Mar 2019 18:40:00 243 0

Çaylarda suyun səviyyəsi azaldı

Çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 115 kub/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 185 kub/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 48 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 55 kub/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.