Nazirliyin rüşvət almaqda suçlanan vəzifəli şəxslərinin işi


Kriminal 09 Mar 2019 18:10:00 305 0

Nazirliyin rüşvət almaqda suçlanan vəzifəli şəxslərinin işi

Vergilər nazirliyinin rüşvət alarkən həbs edilən əməkdaşları hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə dindirilməli olan 4 nəfər şahidin məhkəməyə gəlmədiyi elan olunub.

Məhkəmə həmin şəxslərə dəfələrlə məhkəməyə gəlmələri ilə bağlı xəbərdarlıq edib. Lakin şahidlər məhkəməyə gəlmədiyindən onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə iclası martın 14-də davam etdiriləcək.

Təqsirndirilən şəxslər Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri olub.