"Cola" ilə spirti qarışdırdım, oldu kolyavolya"


Kriminal 09 Mar 2019 17:50:00 191 0

"Cola" ilə spirti qarışdırdım, oldu kolyavolya"

İşlədiyi internet klubunda müştərini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Hacıyev Anar Maarif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Rafiq Nurullayev ifadə verib.

O, ifadəsində deyib ki, baş verən hadisədə günah 90 faiz özündə olub:

"İçkili idim, özümdə olmayıb söyüş söymüşəm. O da məni vurub. İndi heç bir şikayətim yoxdur. Lənət şeytana, ikimizi də şeytan yoldan çıxardı. O da məni vurdu".

Suallara cavab verən Rafiq Nurullayev deyib ki, aptekdən aldığı 95 faizlik spirtlə koka-kolanı qarışdıraraq içdiyini deyib.

"Əməllicə keflənmişdim. "Cola" ilə spirti qarışdırmışdım. Buna kolya-volya deyirlər. Araqdan yaxşıdır, amma adamı tez tutur"- deyə zərərçəkmiş bildirib.