Bakıda qadını vurub öldürən yeniyetmənin işi məhkəməyə göndərildi


Kriminal 09 Mar 2019 17:53:00 197 0

Bakıda qadını vurub öldürən yeniyetmənin işi məhkəməyə göndərildi

Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Son.az report-a istinadən bildirir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.