Bəyanat: Həmsədrlər prezidentlərin yaxın zamanda görüşmək qərarını alqışlayırlar


Siyasət 09 Mar 2019 16:14:13 216 0

Bəyanat: Həmsədrlər prezidentlərin yaxın zamanda görüşmək qərarını alqışlayırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar.

Son.az bildirir ki, Trend-in ATƏT-in saytına istinadən məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı yaydığı bəyanatında deyilir.

Həmsədrlərin bəyanatında həmçinin qeyd edilir ki, onlar iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparırlar.