Abşeronda oteldə qadını yalan danışdığına görə öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi


Kriminal 09 Mar 2019 15:20:00 194 0

Abşeronda oteldə qadını yalan danışdığına görə öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Rəhman Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən bildirir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən Oskar" otelində baş verib.