Azərbaycanda “Peugeot”un yeni modeli istehsal ediləcək


Digərləri 09 Mar 2019 15:14:00 223 0

Azərbaycanda “Peugeot”un yeni modeli istehsal ediləcək

Neftçala Avtomobil Zavodunda "Peugeot" markalı avtomobilin daha bir modelinin istehsalı planlaşdırılır. 

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, yeni avtomobilin istehsalı 2019-cu ilin ortaları üçün nəzərdə tutulub: "Təxminən, üç ay sonra "Peugeot 207" modelinin istehsalına başlamağı düşünürük. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17 500 manat civarında olacaq".