Nazirlik rəsmisi: Yarmarkalarda iştirak pulsuzdur


Digərləri 09 Mar 2019 15:18:00 183 0

Nazirlik rəsmisi: Yarmarkalarda iştirak pulsuzdur

Bakıda Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı yarmarkaları davam edir.

Bakı. Bakıda Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı yarmarkaları davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın 14 ünvanında keçirilən yarmarkalarda müxtəlif rayonlardan gətirilən çoxlu çeşiddə məhsullar əhaliyə ucuz qiymətə əhaliyə təklif olunur. Bakı şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti strukturları və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkalar üçün müasir standartlara uyğun qapalı məkanlar ayrılıb. Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri gün ərzində paytaxtda təşkil olunan yarmarkalara baş çəkib, yaradılan şəraitlə maraqlanıblar. Nazirliyin Aparat rəhbəri Aqil Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: “Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır”. A.Quliyev əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyası binasının qarşısındakı parkda yerləşən yarmarka martın 21-dək alıcıların ixtiyarında olacaq. Paytaxtdakı digər satış yarmarkaları isə həftə sonu, həmçinin 16-21 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcəklər. Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları aşağıdakı ünvanlarda keçirilir. Binəqədi rayonu 7-ci mikrorayon, Kunanbayev küçəsi Xətai rayonu Məzahir Rüstəmov küçəsinin Sarayevo və Çirvani küçələri ilə kəsişməsi Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısı Nəsimi rayonu 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsi, 2a Nərimanov rayonu