Bakıda silahlı şəxs saxlanılıb


Digərləri 09 Mar 2019 15:03:00 228 0

Bakıda silahlı şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat həyata keçirilib.

Bakı. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat həyata keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Cəfərzadə Təbriz küçəsində yerləşən parkın ərazisində polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.