Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb


Digərləri 09 Mar 2019 14:23:00 206 0

Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesini davam etdirir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesini davam etdirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında növbəti təlim kursları keçirilib. Təlimlərdə BƏT-in bir çox ölkələrdə müvəffəqiyyətlə sınaqdan keçmiş metodologiyasından istifadə edilib. Ümumilikdə təlimdə 66 nəfər iştirak edib.