İcbari tibbi sığortanın qiyməti məlum oldu


Digərləri 09 Mar 2019 13:56:00 261 0

İcbari tibbi sığortanın qiyməti məlum oldu

Gələn ildən icbari tibbi sığorta sisteminin (İTS) bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat olacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov qeyd edib ki, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə tətbiq edilən vergilər hesabına İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq.