Novruz yarmarkasında məhsullar bazar qiymətindən xeyli ucuzdur FOTO


Digərləri 09 Mar 2019 13:43:00 231 0

Novruz yarmarkasında məhsullar bazar qiymətindən xeyli ucuzdur  FOTO

Martın 9-da paytaxtın Nizami rayonunun Naxçıvanski küçəsi, 74 ünvanında (8-ci kilometr yarmarkası) kənd təsərrüfatı məhsullarının növbəti Novruz yarmarkası təşkil olunub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, səhər saat 9:00-dan açılan yarmarkada respublikanın müxtəlif bölgələrindən gələn fermerlər rayon sakinlərinə öz məhsullarını təklif edirlər. Məhsullar müxtəlif çeşiddə olmaqla, bazar qiymətindən xeyli ucuzdur. Yarmarkadakı qiymətlərdən razılıq edən alıcılar onlara yaradılan şəraitə görə dövlətimizə öz minnnətdarlıqlarını bildiriblər.