Keçi bələdiyyə sədri seçildi


Dünya 09 Mar 2019 12:44:00 422 0

Keçi bələdiyyə sədri seçildi

ABŞ-ın Vermont ştatında keçi bələdiyyə sədri seçilib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, 2500 sakini olan "Fair Haven" qəsəbəsində Linkoln adlı keçiyə "Fəxri bələdiyyə sədri" statusu verilib. Linkoln növbəti bir il ərzində qəsəbədə keçiriləcək vacib tədbirlərdə iştirak edəcək. 

"Fair Haven" idarəçisi Co Qanter bildirib ki, qəsəbənin bələdiyyə sədri olmadığı üçün belə bir seçki keçirmək qərarına gəliblər.