Bu oğurluğun ömrü cəmi 1 gün çəkdi...


Digərləri 09 Mar 2019 12:05:00 425 0

Bu oğurluğun ömrü cəmi 1 gün çəkdi...

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, Qubada yaşayan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1500 manata yaxın olan 3 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ və 1 ədəd mobil telefon oğurlandığı müəyyən edilib.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər oğurluğa görə məhkum məhkum olunmuş 26 yaşlı Teymur Əliyev və tanışı Xaçmaz rayon sakini 24 yaşlı Yaşar Əhmədov oğurluq hadisəsindən bir gün sonra rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğruluq hadisəsini etiraf edərək, oğurluq nəticəsində əldə etdikləri qızıl-zinət əşyalarını Xaçmazda qızıl alqı-satqısı məntəqələrinin birində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.


Xəbərə aid fotolar