İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanıldı VİDEO


Dünya 09 Mar 2019 11:07:00 210 0

İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanıldı  VİDEO

İranın Mərkəzi vilayətinin Ərak rayonunda ticarət mərkəzlərindən birində evlilik təklifinə görə iki gənc saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Mərkəzi vilayətin hüquq-mühafizə orqanının rəis müavini Mahmud Xəleci Fars açıqlama verib.

Xəlecinin sözlərinə görə, gənclər İslam qayda-qanunlarına yaraşmayacaq tərzdə ictimai məkanda evlilik təklifinə görə saxlanılıblar. Belə ki, gənc oğlanın ictimai yerdə xanıma evlilik təklif etməsi qanunlara ziddir.