Binəqədidə yanğında 2 azyaşlı tüstüdən zəhərlənib


Digərləri 09 Mar 2019 11:01:49 199 0

Binəqədidə yanğında 2 azyaşlı tüstüdən zəhərlənib

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.

Bakı. Elçin Mehdiyev - Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb. Trend-in məlumatına görə, 2011-ci il təvəllüdlü Mehdiyev Emil və 2016-cı il təvəllüdlü Mehdiyeva Dəniz tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdiriliblər.