FHN Binəqədidə yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT yaydı


Digərləri 09 Mar 2019 10:54:12 176 0

FHN Binəqədidə yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT yaydı

Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Bakı. Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Trend xəbər verir ki, FHN-nin yaydığı məlumata əsasən, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.