İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanılıb (VİDEO)


Digərləri 09 Mar 2019 10:37:22 203 0

İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanılıb (VİDEO)

İranın Mərkəzi vilayətinin Ərak rayonunda ticarət mərkəzlərindən birində evlilik təklifinə görə iki gənc saxlanılıb.

Bakı. Elnur Bağışov - İranın Mərkəzi vilayətinin Ərak rayonunda ticarət mərkəzlərindən birində evlilik təklifinə görə iki gənc saxlanılıb. Trend-in məlumatına görə, hadisə ilə bağlı Mərkəzi vilayətin hüquq-mühafizə orqanının rəis müavini Mahmud Xəleci Fars açıqlama verib. Xəlecinin sözlərinə görə, gənclər İslam qayda-qanunlarına yaraşmayacaq tərzdə ictimai məkanda evlilik təklifinə görə saxlanılıblar. Belə ki, gənc oğlanın ictimai yerdə xanıma evlilik təklif etməsi qanunlara ziddir.