Azərbaycan neftinin QİYMƏTİ dəyişib


Digərləri 09 Mar 2019 10:26:48 200 0

Azərbaycan neftinin QİYMƏTİ dəyişib

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,25 dollar/barel çoxdur.

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,25 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,16 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,13 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,65 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.