Koenigsegg yeni 1600 at gücünə sahib avtomobilini təqdim etdi VİDEO


Digərləri 09 Mar 2019 08:55:00 234 0

Koenigsegg yeni 1600 at gücünə sahib avtomobilini təqdim etdi  VİDEO

Cenevrə Avtomobil Sərgisində Koenigsegg 1.600 at gücündə yeni avtomobilini təqdim etdi.

Son.az chip.az-a istinadən bildirir ki, isveçrəli avtomobil istehsalçısı Koenigsegg-in yeni avtomobili izləyicilərin diqqətini öz üzərinə toplamağı bacardı. Avtomobil Christian von Koenigsegg-in atasının adını daşıyır. Belə ki, Christian von Koenigsegg, bu gün xüsusi şəkildə atasının xatirəsinə Koenigsegg Jesko-u özəl təqdimatda təqdim etdi.

Koenigsegg Jesko 5 litrlik V8 mühərriki və 9 sürətli ötürücüyə malikdir. İstifadə edilən yanacaq növünə görə, Jesko sürətini 1,600 at gücünə çatdıra bilər.

Koenigsegg avtomobilin dizaynında pistonlardan motora qədər dünyanın ən yüngül materiallarını seçib ki, buda avtomobilin sürətini artır. Beləliklə avtomobilin ağırlığını 1,420 kq azalıb. Avtomobilin simsiz şarj cihazı, 9 düymlük məlumat-əyləncə sistemi və əlbəttə USB portları var.