Redmi 7nin texniki göstəriciləri ortaya çıxdı


Digərləri 09 Mar 2019 08:41:00 266 0

Redmi 7nin texniki göstəriciləri ortaya çıxdı

Çinin sertifikatlaşdırma agentliyi olan TENAA hələ təqdim edilməmiş Redmi 7 smartfonunun fotosunu və texniki özəlliklərini təqdim edib. Bu barədə Mysmartprice saytı xəbər verib. Təqdim olunmuş fotodakı Redmi 7 smartfonu qradient rəngə sahibdir. Xarici görnüşcə o, Redmi Note 7-yə bənzəyir. Belə ki, Redmi 7 modeli də genişformatlı ekran (ekran üzərində damcı formasında çıxıntı hissəli), şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera və arxa paneldə yerləşdirilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.

Son.az technote.az-a istinadən bildirir ki, TENAA sertifikatlaşdırma agentliyinin təqdim etdiyi məlumatlara əsasən Redmi 7 smartfonu 19:9 nisbətli 1520x720 piksel keyfiyyətli 6.26 düym IPS ekran, 1.8 GHz tezlikli prosessor (çox güman ki, Snapdragon 400 seriyasından olan prosessor modeli), 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon 8 rəng variantında satışa çıxacaq: Black, Red, Blue, Pink, White, Green, Purple və Grey. Smartfonun təqdimatı bu ay üçün gözlənilir. Onun qiyməti isə 150$-dan baha olmamalıdır.