Goodyear uçan avtomobillər üçün dizayn etdiyi


Digərləri 09 Mar 2019 08:46:00 222 0

Goodyear uçan avtomobillər üçün dizayn etdiyi

Goodyear uçan avtomobillər üçün təkər hazırlayıb.

Godyear maraqlı təkər dizaynları ilə daim diqqət çəkib və sonuncu dizayn uçan avtomobillər üçün nəzərdə tutulub.

Son.az chip.az-a istinadən bildirir ki, 2019 Cenevrə Avtomobil Sərgisində Goodyear Aero konsepsiyası təqdim edildi. Bu təkərlər yerdə ikən normal, qeyri-pnevmatik təkər kimi çalışır. Uçuş zamanı isə yan tərəfə dönərək və yüksək sürətlə fırlanmağa başlayır. Beləliklə, təkərlər avtomobilə lazım olan güclə təmin edir.

Son zamanlarda avtonom uçan avtomobillərə olan maraqların artdığını nəzərə alaraq, bu konsepsiya təəccüblü deyil. Təkərin dilimlərini təşkil edən metal səthlər uçuşa hazırlanma zamanı yan tərəfə çəkilərkən itici bıçaqları ortaya çıxır.