ABŞın Hərbi Hava Qüvvələrinin rəhbəri istefaya gedəcək


Dünya 09 Mar 2019 08:20:00 195 0

ABŞın Hərbi Hava Qüvvələrinin rəhbəri istefaya gedəcək

ABŞ-ın Hərbi Hava Qüvvələrinin naziri Hezer Uilson bildirib ki, o, Birləşmiş Ştatların prezidenti Donal Trampı istefaya getmək niyyəti barədə məlumatlandırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün prezidentə məlumat verdim ki, Hərbi Hava Qüvvələrinin naziri vəzifəsindən istefaya gedəcəm və Texasın El-Paso Universitetinin prezidenti olacam, - deyə Hezer Uilson "Twitter"də yazıb.

Uilson bildirib ki, Amerika hərbçiləri ilə işləmək onun üçün böyük şərəf idi.