ABŞın qadın futbolçulari federasiyanı məhkəməyə verib


Dünya 09 Mar 2019 08:10:00 216 0

ABŞın qadın futbolçulari federasiyanı məhkəməyə verib

ABŞ-ın qadınlardan ibarət futbol üzrə yığması Los-Anceles məhkəməsində ölkənin Futbol Federasiyasına (USSF) qarşı iddia qaldırıb.

Son.az "Report"a istinadən bildirir ki, 28 futbolçu USSF-i əmək haqqı, tibbi xidmət, səfər şərtləri və məşqlərin həcmi məsələlərində ayrıseçkilikdə ittiham ediblər.

Nəşr qeyd edir ki, Los-Anjeles məhkəməsinə verilmiş mülki iddianın məzmunu faktiki olaraq 2016-cı ildə Bərabər İmkanlar üzrə Komissiyaya Karli Lloyd və Aleks Morqan da daxil olmaqla, yığmanın beş oyunçusu tərəfindən göndərilmiş ayrıseçkiliklə bağlı şikayətinin məzmunu ilə eynidir.