Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub,


Digərləri 09 Mar 2019 08:18:00 205 0

Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub,

Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakəndən Bakı istiqamətində hərəkətdə olan Balakən rayonu Talalar kənd sakini, 1977-ci il təvəllüdlü Səməd İslam oğlu Qurbanovun idarə etdiyi 99-EB-033 dovlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Yevlaxdan Balakən istiqamətində hərəkətdə olan 34-BD-566 dövlət qeydiyyat nişanlı "QAZel" markalı mikroavtobus toqquşub.

Nəticədə "QAZel" də olan 1 nəfər - Xaçmaz rayon sakini, 1985-ci il təvəllüdlü Məcid Elmar oğlu Məhərrəmov ölüb. Hadisə zamanı daha 1 nəfər - Balakən sakini, 1992-ci il təvəllüdlü Nail Kamil oğlu Xanullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır.

Daha əvvəl Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Xəbərə aid fotolar