İnvestorlar Silikon Vadisini tərk edirlər


Digərləri 09 Mar 2019 08:05:00 307 0

İnvestorlar Silikon Vadisini tərk edirlər

Biznes inkubator və vençur fondu kimi fəaliyyət göstərən məşhur Y Combinator akselerasiya mərkəzi Silikon Vadisini tərk edən təmsilçilərdən ən sonuncusudur. Yüzlərlə startaplardan hər birinə 7% səhm müqabilində 150.000$ investisiya yatıran Y Combinator hal hazırda San Fransiskoda ofis axtarmaqla məşğuldur. Belə ki, bir çox investorlar və Y Combinator əməkdaşları artıq San Fransiskoda fəaliyyət göstərirlər. Bu barədə Hightech.plus saytı xəbər verib. Uzun müddət ərzində startapçıların investor axtarışı üçün Silikon Vadisinə gəlmələri norma sayılırdı. İndiki zamanda isə həmin startapçıların böyük bir hissəsi San Fransiskoya keçid edirlər. Buna görə də Y Combinator-un bu qərarını əlamətdar hesab etmək olar.

Son.az technote.az-a istinadən bildirir ki, Silikon Vadisini San Fransiskoya dəyişənlərin sırasında təkcə Y Combinaator deyil. Məsələn miqyas baxımından daha kiçik lakin çox uğurlu olan 500 Startups akselerasiya mərkəzi də keçən il San Fransiskoya köçüb. Bir çox vençur fondları da San Fransiskoda olan potensialı görüblər. Bütün bu məsələ hələ 2012-ci ildə başladı. Belə ki, həmin ildə Uber və Benchmark kimi şirkətlər San Fransiskoda ofis açdılar. Daha sonra San Fransiskoya Shasta Ventures, Accel, GV, General Catalyst, NEA və Kleiner kimi vençur fondları köçdülər. Hal hazırda Silikon Vadisi ilə San Fransisko arasındakı investisiya şirkətlərinin say nisbəti təqribən 20-nin 80-nədir.