Süni intellektin tətbiqi sahəsində dünya lideri kimdir?


Digərləri 09 Mar 2019 07:31:00 223 0

Süni intellektin tətbiqi sahəsində dünya lideri kimdir?

Rusiya süni intellektə yaxın texnologiyaların biznesə tətbiqi üzrə dünya lideridir. Bu barədə ABŞ-ın "Microsoft" korporasiyasının məlumatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, korporasiya "Süni intellekt dövründə biznes liderləri" adlı geniş tədqiqat aparıb və onun yekunları üzrə süni intellektin biznesə tətbiqinin xüsusilə Rusiyada fəal həyata keçirilməsini müəyyənləşdirib.

"Rusiya şirkətlərinin 30 faizi süni intellektin tətbiqi ilə məşğul olur. Bütün dünya şirkətləri arasında keçirilən sorğuya görə, bu, ən yüksək göstəricidir. Bu nəticə dünyada orta hesabla 22 faiz təşkil edir. Məsələn, Fransa şirkətlərinin yalnız 10 faizi süni intellekti tətbiq edir", - "Microsoft" nümayəndələri qeyd edib.  

Rusiya şirkətləri süni intellektə əsaslanan sistemləri daha çox əməkdaşlar qarşısında tapşırıqların daha effektiv qoyulması, eləcə də biznes ideyalarının generasiyası, bazarın tədqiqi və qərarların qəbul edilməsi prosesinin optimallaşdırılması üçün tətbiq edirlər.