ICANN yeni texnologiyasının tətbiqinə çağırır


Digərləri 09 Mar 2019 07:01:00 182 0

ICANN yeni texnologiyasının tətbiqinə çağırır

Domen adlar sistemi (DNS) internet infrastrukturunun ən vacib komponentlərindəndir. "DNS" serverləri istifadəçilərə məlum domen sayt adlarını kompüterlərə saytla bağlantı üçün lazım olan IP ünvanlarına keçirirlər. "DNS" sisteminə tez-tez edilən hücumlar zamanı cinayətkarlar bu ünvanları öz fırıldaqçı saytlarının ünvanlarına dəyişməyə çalışırlar. Bu və digər hücumların təhlükəsi çox yüksək olaraq qalır. Bu barədə internetdə domen adları və zonaların ayrılmasını həyata keçirən "Internet Corporation for Assigned Names and Numbers" (ICANN) qeyri-kommersiya təşkilatının bəyanatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, bu səbəbdən "ICANN" domen adı qeydiyyatçılarını "DNS" sistemi üçün aktiv mühafizə tədbirləri görməyə - ünvanların həqiqiliyini rəqəmli imza ilə təsdiq etməyə imkan verən "DNSSEC" texnologiyasının tətbiqinə çağırır. "DNS" özək zonası "ICANN" tərəfindən 2010-cu ildə təsdiq edilsə də, hazırda dünyada domen adı qeydiyyatçılarının yalnız 20 faizi bu texnologiyadan istifadə edir.