Alimlər immun imtina problemini həll etməyə imkan verən hüceyrələr yaradıblar


Digərləri 08 Mar 2019 23:55:20 282 0

Alimlər immun imtina problemini həll etməyə imkan verən hüceyrələr yaradıblar

Kioto Universitetindən olan alimlər qrupu immun imtina problemini hüceyrə səviyyəsində həll etməyə imkan verən induksiya plüripotent gövdə hüceyrələrini ("iPS") yaratdıqlarını elan ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin hüceyrələrin gen mühəndisliyi texnologiyalarının tətbiqi yolu ilə əldə edildiyi bildirilir.

Həmin iş zamanı alimlər immun imtinaya səbəb olan hüceyrələrin üzərindəki proteinləri əvəz etmək üçün DNK fraqmentlərinin yerini dəyişiblər. Nəticədə yeddi növ "iPS" hüceyrələri əmələ gəlib ki, bu da Yaponiya əhalisinin 95 faizi üçün istifadə edilə bilər.