Bağlı qapı arxasında olan şəxs xilas edilib


Digərləri 08 Mar 2019 23:00:00 186 0

Bağlı qapı arxasında olan şəxs xilas edilib

Sumqayıtda bağlı qapı arxasında olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.