Malavi Respublikasında onlarla insan daşqınların qurbanı olub, itkin düşənlər var


Dünya 08 Mar 2019 22:40:00 195 0

Malavi Respublikasında onlarla insan daşqınların qurbanı olub, itkin düşənlər var

Afrikanın Malavi Respublikasında 23 nəfər leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həlak olub.

Son.az report-a istinadən bildirir ki, bu barədə ölkə hakimiyyətinə istinadən "Sinxua" bildirib.

Qeyd edilir ki, leysan yağışlar Malavinin cənub regionlarına yağıb. Təbii hadisə nəticəsində daha 29 nəfər xəsarət alıb. Bununla yanaşı, 11 nəfər itkin düşmüş hesab edilir.