Gündəlik multivitamin qəbulu depressiyanın qarşısını almır


Digərləri 08 Mar 2019 22:35:00 230 0

Gündəlik multivitamin qəbulu depressiyanın qarşısını almır

Elm adamlarının İngiltərə, Hollandiya, Almaniya və İspaniyada apardıqları araşdırmaların nəticələrinə görə, bir il boyunca hər gün multivitamin qəbul edənlərin depressiyaya düşmə ehtimalı həmin dərmanlardan istifadə etməyənlərlə eynidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat aparılması üçün mindən çox insan müxtəlif kateqoriyalar üzrə dörd qrupa ayrılıb.

Tədqiqat iştirakçılarının hamısının artıqçəkili olduğu və ya piylənmədən əziyyət çəkdiyi, depressiyaya düşmə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.

Bir il ərzində iştirakçılardan 105-nin depressiyaya düşdüyü, bu rəqəmin dörd qrupda da təxminən eyni olduğu, onların yemək vərdişlərinin dəyişdirilməsi üçün davranış terapiyasının işə yaramadığı qeydə alınıb.