Hansı ərzaqlar yorğunluq və halsızlıq yaradır?


Digərləri 08 Mar 2019 22:20:00 246 0

Hansı ərzaqlar yorğunluq və halsızlıq yaradır?

İnsan yemək üçün yaşamamalıdır, yaşamaq üçün yeməlidir. Bu gün hər gün səhərdən axşama kimi işləyən insanlar, xüsusən gənclər tez yorulur, əzgin olur, şikayətlənir, bunun səbəbini işin çoxluğunda görür. Halbuki yedikləri qida onları gün ərzində ağırlaşdırıb, bütün gücünü alır və heç bir enerji vermir.

Son.az medicina.az-a istinadən insanı tez yoran, toxluqdan çox halsızlıq verən, gözlərin altını belə torbalaşdıran qidaların siyahısını təqdim edir.

1. Bublik, peçenye

Orta ölçüdə bir bublikdə 50 qrama yaxın rafinə edilmiş karbohidrat vardır, o tez müddətdə şəkərə çevrilir, qanda insulini artırır. Bu isə bir çox xroniki xəstəliklər, ürək problemləri, hətta onkologiyaya belə səbəb olur. 

2. Kofein və qəhvə tərkibli içkilər

Kafelərdə, yolüstü barlarda, avtomatlarda, marketlərdə satılan belə içkilər natural qəhvədən çox uzaqdır. Onlarda çox miqdarda rənglər, şirin sirop və əlavələr vardır ki, bunlar enerjini söndürür. Məşhur 3-ü birində birdəfəlik paket qəhvələr isə quru süd və şəkərdən hazırlanır. Bu içkilər çox qısa müddət 10-15 dəqiqə enerji verərək, daha sonra insanı halsızlaşdırır.

3. Hazır sıyıqlar

GMO toxumdan, buğdadan hazırlanmış hazır paket sıyıqlar, xüsusən quru meyvəli olanlar früktoza, şəkər və qarğıdalı siropu ilə dadlandırılıb. Ona görə nə uşağa, nə özünüzə hazır sıyıqlar alıb hazırlamayın. Qutularda olan sıyıqlar normadan artıq karbohidrat mənbəyidir, bu da gündəlik həyatda zərərlidir.

4. Qazlı içkilər

Onlarda da çoxlu rəng, dadlandırıcı, şəkər vardır.  Hətta dietik qazlı içkidə belə kimyəvi element aspartam vardır. Onu içdikcə orqanizmə 92 fərqli əks-təsir verir. Məsələn: diabet, epilepsiya, emosional pozuntu, şişlər.

5. Mağaza yoqurtu