İtaliyada zeytun yağı istehsalı kəskin sürətdə azalıb


Dünya 08 Mar 2019 22:25:00 292 0

İtaliyada zeytun yağı istehsalı kəskin sürətdə azalıb

İtaliyada iqlim dəyişkənliyi nəticəsində ziyanverici həşəratların aktivləşməsi ölkədə yerli zeytun yağı istehsalının 57 faizədək azalmasına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə yaz aylarında qeyri-ənənəvi şaxtalar, yayda isə müşahidə edilən ekstremal quraqlıq məhsuldarlığı aşağı salıb.

Tədqiqatlar göstərir ki, ölkədə aprel ayına kimi zeytun yağı istehsalının tükənmək ehtimalı var. Alimlər ölkənin tezliklə İspaniya, Yunanıstan, Türkiyə və Tunisdən zeytun yağı idxal etmək məcburiyyətində qalacağını qeyd ediblər.