Yaxın Şərqdə zəngin insanların sayı iyirmi faiz artacaq


Digərləri 08 Mar 2019 22:10:00 234 0

Yaxın Şərqdə zəngin insanların sayı iyirmi faiz artacaq

Yaxın beş il ərzində Yaxın Şərq regionunda ultra zəngin insanların sayının 20 faiz artacağı proqnozlaşdırılır.

Son.az bildirir ki, AZƏRTAC "Knight Frank" beynəlxalq konsaltinq şirkətinin tədqiqatlarının hesabatına istinadla xəbər verir ki, 2018-ci ildə 63 faiz multimilyoner öz sərvətlərini artırıb və bədbin iqtisadi proqnozlara baxmayaraq, bu tendensiya yaxın beş ildə davam edəcək.

Tədqiqatda, həmçinin lüks sinif daşınmaz əmlakın qiymətlərinin dinamikası qeyd olunur: 2018-ci ildə Dubayda daşınmaz əmlakın qiyməti 3,4 faiz aşağı düşüb. Bu gün Dubayda 1 milyon dollara 143 kvadratmetr elit yaşayış ərazisi almaq olar, Monakoda isə bu qiymətə ancaq 16 kvadrat metr əmlak almaq mümkündür.